Arda Güler və Eder Militao sıradan çıxdı
“Real Madrid”də iki zədə: Militao və Arda Gülər sıradan çıxdı.
90plus.az xəbər verir ki, “Real Madrid” klubu iki futbolçusu ilə bağlı rəsmi açıqlama yayıb. Komandanın müdafiəçisi Eder Militao və yarımmüdafiəçi Arda Gülər zədə səbəbindən bir müddət yaşıl meydanlardan uzaq qalacaq.
Klubun tibbi heyətinin məlumatına görə, Eder Militao sol ayağının bud arxası əzələsindən zədə alıb. Braziliyalı müdafiəçi yaxın həftələrdə komandasına kömək edə bilməyəcək və reabilitasiya prosesinə başlayacaq.
Arda Gülər də oxşar zədə ilə üzləşib. Onun sağ ayağında bud arxası əzələsində problem aşkarlanıb və futbolçunun da bir neçə həftəlik bərpa prosesi keçəcəyi bildirilib.
“Real Madrid”in tibbi heyəti hər iki futbolçunun vəziyyətinin gündəlik izlənəcəyini və qayıdış tarixinin reabilitasiya gedişatına görə müəyyənləşəcəyini açıqlayıb.
Bu səbəbdən hər iki oyunçunun “Betis”lə qarşılaşmanı buraxacağı dəqiqləşib. Onların 10 may tarixində “Barselona”ya qarşı keçiriləcək “El Klasiko” matçında oynayıb-oynamayacağı isə hələlik sual altındadır.
Militao üçün əsas hədəfin mövsümün qalan hissəsində tam risk almadan bərpa olunmaq və 2026 Dünya Çempionatına hazır vəziyyətdə qayıtmaq olduğu bildirilir.
© Copyright 2026, All Rights Reserved