“İnter” Hakanla yola davam edir
“İnter” və Hakan Çalhanoğlu davam edir: qərar dəyişməyib.
90plus.az xəbər verir ki, “İnter” ilə Hakan Çalhanoğlu arasında gələcəklə bağlı planlar dəyişməz qalır. Klub və futbolçunun növbəti mövsümdə də birlikdə davam etmək niyyətində olduğu bildirilir.
Futbolçunun meneceri tərəfindən ötən həftə açıqlanan məlumata görə, Çalhanoğlu komandada qalmağa hazırdır. Eyni zamanda, “İnter” rəhbərliyi də təcrübəli yarımmüdafiəçinin komandada qalmasını istəyir.
Tərəflər arasında müqavilə məsələsi isə hələlik prioritet deyil. 2027-ci ilin iyun ayına qədər qüvvədə olan müqavilənin detalları ilə bağlı müzakirələrin daha sonra aparılacağı gözlənilir.
Qeyd: Çalhanoğlu son mövsümlərdə “İnter”in əsas fiqurlarından biri kimi çıxış edir və bu mövsüm klubla 30 oyuna çıxıb, 10 qol, 6 assistlə uğurlarında mühüm rol oynayır.
© Copyright 2026, All Rights Reserved