“Barselona”ya ağır zərbə! Yamalın zədəsi ciddidir
“Barselona”ya ağır zərbə: Lamin Yamal mövsümü buraxa bilər.
90plus.az xəbər verir ki, “Barselona”nın gənc ulduzu Lamin Yamal ciddi zədə ilə üzləşib. Məlumata görə, futbolçunun son oyunda bud arxası əzələsində qopma ehtimalı yüksək qiymətləndirilir.
İspaniyanın “Mundo Deportivo” nəşrinin məlumatına görə, bütün əlamətlər Yamalın cari mövsümün qalan hissəsini buraxacağını göstərir. Bu isə “Barselona” üçün mövsümün həlledici mərhələsində ciddi itki hesab olunur.
Həkimlərin ilkin proqnozuna əsasən, 17 yaşlı futbolçunun bərpa müddəti təxminən 5 həftə çəkə bilər. Bu isə onun qarşıdakı turnirə oyun praktikası olmadan yollana biləcəyi deməkdir.
Qeyd: Lamin Yamal ötən gecə “Barselona”nın "Selta" üzərində 1-0 qələbəsində penalti qolu ilə əsas qəhrəman olub, amma zədələnərək meydanı tərk edib.
© Copyright 2026, All Rights Reserved