“Sabah - Qarabağ”: Ara qarışdı! Məcburi fasilə
“Sabah” - “Qarabağ” oyununda gərgin anlar və məcburi fasilə!
90plus.az xəbər verir ki, Azərbaycan Kubokunun yarımfinal matçında Ağdam təmsilçisinin qapıçısı Mateuş Koxalski "Sabah"ın futbolçusunu aşkar qol vurmaq şansından məhrum etdiyi səbəbilə baş hakim Rəvan Həmzəzadə tərəfindən birbaşa qırmızı vərəqə ilə qovulub.
Hakimin qərarı tribunadakı azarkeşlər tərəfindən böyük narazılıqla qarşılanıb. Kəskin etirazlarını bildirən tərəfdarlar meydana yad əşyalar atmağa başlayıblar. Bu hadisə səbəbindən oyunda fasilə yaranıb
© Copyright 2026, All Rights Reserved