La Liqada ilin rəmzi komandası açıqlanıb
La Liqa EA Sports 2025/2026 mövsümünün rəmzi komandasını açıqlayıb.
90plus.az xəbər verir ki, 2025/2026 mövsümü üzrə La Liqa EA Sports ilin rəmzi komandası tərtib olunub. Siyahıda "Barselona" və "Real Madrid" futbolçuları üstünlük təşkil edir. Həmçinin "Atletiko Madrid", "Vilyarreal" və "Malyorka" oyunçuları da siyahıya düşüb.
Qapıda “Barselona”nın Xoan Qarsiya seçilib.
Müdafiədə Erik Qarsiya (“Barselona”), Murinyo (“Vilyarreal”), sağ və sol cinahlarda isə Markos Llorente (“Atletiko Madrid”) və Karlos Romero (“Espanyol”) yer alıb.
Yarımmüdafiədə Federiko Valverde və Orelyen Çuameni (“Real Madrid”), həmçinin Pedri (“Barselona”) çıxış edir.
Hücum xəttində isə Kilian Mbappe (“Real Madrid”) mərkəz hücumçusu kimi seçilib. Onu cinahlarda Lamin Yamal (“Barselona”) və Vedat Muriqi (“Malyorka”) dəstəkləyir.
Mbappe hazırda 24 qolla bombardirlər siyahısında liderdir. Muriqi 22 qolla ikinci, Yamal isə 16 qolla üçüncüdür.
© Copyright 2026, All Rights Reserved