Avropa Liqası: Gecənin qalibləri, məğlubları
UEFA Avropa Liqasında 1/4 final mərhələsinin ilk oyunlarına yekun vurulub. İkinci oyun günündə baş tutan üç qarşılaşma maraqlı nəticələrlə yadda qalıb.
90plus.az xəbər verir ki, “Frayburq” doğma meydanda “Selta” üzərində 3:0 hesablı inamlı qələbə qazanaraq yarımfinal yolunda böyük üstünlük əldə edib.
“Portu” ilə “Nottinqem Forest” arasında keçirilən oyunda qalib müəyyənləşməyib – qarşılaşma 1:1 hesabı ilə başa çatıb. Bu cütdə bütün həyəcan cavab matçına daşınıb.
“Bolonya” isə öz meydanında “Aston Villa”ya 1:3 hesabı ilə məğlub olub. İngiltərə təmsilçisi səfərdə vacib üstünlük qazanaraq növbəti mərhələyə yaxınlaşıb.
Bir gün əvvəl oynanılan görüşdə “Braqa” ilə “Betis” 1:1 hesablı heç-heçə edib. Beləliklə, dörd cütün heç birində yarımfinalçının taleyi hələ həll olunmayıb; hər şey cavab oyunlarında - aprelin 16-da bəlli olacaq.
© Copyright 2026, All Rights Reserved