Azər Bağırov: "Pərən-pərən komanda ilə xallar qazanırıq"
"Kəpəz" - "Qəbələ" oyunundan sonra maraqlı fikirlər səsləndirilib.
90plus.az xəbər verir ki, bu gün Azərbaycan Premyer Liqasında "Qəbələ" "Kəpəz"i məğlub edib. Oyundan sonra "Kəpəz"in baş məşqçisi Azər Bağırov maraqlı fikirlər səsləndirib:
"Oyuna gəlincə, keçirdiyimiz dörd yaxşı matçdan sonra belə bir ssenarinin yaşanacağını hardasa hiss edirdim. “Qəbələ” meydanda bu gün daha yaxşı çıxış etdi. Təbrik edirəm. Əslində, belə hallar oıur. 5-6 yaxşı oyundan sonra bunu gözləyirdim. O da gəldi “Qəbələ” ilə matça təsadüf etdi. Bu gün yaxşı şanslarımız oldu, yararlana bilmədik. Ona görə də, nəticə gətirib məğlub olmağımıza çıxardı.
Yusif İmanovu hazır görməyiblər ki, milliyə çağırmayıblar. Bu gün mənim üçün güclü görünən, başqası üçün hazır olmaya bilər. Hər kəsin fikrinə hörmətlə yanaşıram.
Azarkeşlərdən biri dəstək vermək üçün düşmüşdü yanıma. Mənə bildirdi ki, “Azər müəllim, ürəyini sıxma, hər şey yaxşıdır”. Ən az legioner oyunçu olan komanda bizik. Pərən-pərən olmuş komandanı toparlayıb, xallar qazanmağa çalışırıq. Qarşıda hələ 7 tur var.
Rəhbərliklə söhbətimiz olub. Hələ müqavilə bağlamamışıq. Büdcə məsələsi açıqlandıqdan sonra planımız üzrə davam edəcəyik”.
© Copyright 2026, All Rights Reserved