Azərbaycan Kuboku: “Zirə” finalda!
“Zirə” finalda, “Turan Tovuz”dan geridönüş gəlmədi.
90plus.az xəbər verir ki, Azərbaycan kubokunda yarımfinal mərhələsinin cavab oyununda “Zirə” doğma meydanda “Turan Tovuz”u qəbul edib. Qarşılaşma qolsuz bərabərliklə – 0:0 hesabı ilə başa çatıb.
İlk oyunda səfərdə 2:0 hesablı qələbə qazanan “Zirə” iki oyunun nəticəsinə görə (2:0) adını finala yazdırıb.
Matçın gedişində “Turan Tovuz” fərqlənməyə yaxın olsa da, komandanın vurduğu qol offsayd səbəbilə qeydə alınmayıb. Bununla da Tovuz təmsilçisi geridönüş etmək şansını əldən verib.
Beləliklə, “Zirə” Azərbaycan kubokunda finala yüksələn ilk komanda olub.
Finaldakı rəqib isə sabah keçiriləcək “Sabah” – “Qarabağ” qarşılaşmasından sonra müəyyənləşəcək. Komandalar arasında ilk oyun 2:2 hesabı ilə başa çatıb.
© Copyright 2026, All Rights Reserved