"Barselona" Levaya heç nə təklif etməyib
Cadena SER-in məlumatına görə, “Barselona” klubu Robert Levandovskinin müqaviləsinin uzadılması ilə bağlı yayılan xəbərlərə baxmayaraq, hələlik ona heç bir rəsmi təklif etməyib.
90plus.az xəbər verir ki, Levandovski üçün masada konkret təklif yoxdur və yeni müqavilə ilə bağlı klubla futbolçu arasında heç bir əlaqə də baş tutmayıb.
Bundan əlavə, “Barselona” 37 yaşlı hücumçuya növbəti mövsümdə komandadakı rolu ilə bağlı da hər hansı məlumat verməyib. Bu isə onun “Kamp Nou”dakı gələcəyini daha da qeyri-müəyyən edir.
Qeyd: Futbolçunun müqaviləsi iyun ayında başa çatır.
Polşalı forvard vəziyyəti ilə bağlı daha açıq və şəffaf yanaşma gözləyir. O, yeni mövsümdə komandadakı rolunu maaş məsələsindən daha vacib hesab edir.
Eyni zamanda, “Barselona” yay transfer dönəmində yüksək səviyyəli mərkəz hücumçusu transfer etməyi planlaşdırır ki, bu da Levandovskinin komandadakı əhəmiyyətini azalda bilər.
© Copyright 2026, All Rights Reserved