Lukaku özbaşına məşq etdiyi üçün cəzalanıb
“Napoli”nin mərkəz hücumçusu Romelu Lukaku 150 min avro məbləğində cərimələnib. Bu barədə “Football Italia” məlumat yayıb.
90plus.az xəbər verir ki, Neapol klubu futbolçunu komandanın əvvəlcədən razılığı olmadan Belçikada şəxsi məşqçi ilə məşq etdiyinə görə cəzalandırıb. “Napoli” Lukakudan martın 31-dək komandaya qoşulmasını tələb edib və əks halda onu əsas heyətdən kənarlaşdırmaqla hədələyib. Lakin hücumçu yalnız aprelin 19-da geri qayıdıb.
150 min avroluq cərimə futbolçunun aylıq maaşının təxminən 20 faizinə bərabərdir. Müqaviləsi 30 iyun 2027-ci ilə qədər qüvvədə olan Lukakunun komandadan ayrılmasının artıq qaçılmaz olduğu bildirilir.
Qeyd: Bu mövsüm Lukaku 6 oyunda cəmi 64 dəqiqə meydanda olub və 1 qol vurub.
© Copyright 2026, All Rights Reserved