"Beşiktaş" türk futbolçunu transfer etdi
"Beşiktaş" heyətini yeni transferlə gücləndirib.
90plus.az xəbər verir ki, İstanbul klubu bu barədə rəsmi məlumat yayıb.
"Qara qartallar" "Kayserispor"un kapitanı Gökhan Sazdağını transfer edib. 31 yaşlı sağ cinah müdafiəçisinin keçidi üçün "Beşiktaş" qarşı tərəfə 1,5 milyon avro təzminat ödəyib.
Təcrübəli futbolçu ilə 2+1 illik müqavilə imzalanıb.
Qeyd: Gökhan Sazdağı cari mövsümdə “Kayserispor”un heyətində 3 oyunda meydana çıxıb.
© Copyright 2026, All Rights Reserved