Braziliya çalxalanır: Neymar karnavalda zədələndi

Braziliya millisinin və "Santos" klubunun hücumçusu Neymar Rio-de-Janeyroda keçirilən məşhur karnavalda iştirak etdikdən sonra zədələnib.
90plus.az xəbər verir ki, bu hadisə Braziliya ictimaiyyətində geniş tənqidlərə səbəb olub.
Neymar "Korintians" ilə keçirilən vacib Kampeonato Paulista yarımfinal matçını sol bud əzələsindəki narahatlıq səbəbindən buraxıb. Bu zədə Rio Karnavalı və bacısı Rafaellanın doğum günü ilə eyni vaxta təsadüf edib ki, bu da mətbuat və azarkeşlər arasında şübhələrə yol açıb.
Zədəsi səbəbindən oyunu buraxan Neymar matçdan bir neçə saat əvvəl Rio-de-Janeyroda karnavalda əylənərkən görüntülənib. Bu vəziyyət, onun peşəkarlığı və futbola olan bağlılığı ilə bağlı suallar yaradıb. Jurnalist Renato Maurisio Prado, "Neymar müdafiə olunmazdır, o, futbolu ciddiyə almır. Zədə onu karnavala getməkdən saxlamadı. "Santos"a qayıtdıqdan sonra Neymar iki böyük sualla üzləşəcək: müntəzəm oynamadan keçən uzun müddətdən sonra fiziki vəziyyəti necə olacaq və Səudiyyə Ərəbistanında uğursuzluqdan sonra peşəkarlıqla necə davranacaq?" deyə bildirib.
Qeyd: Neymar karyerası boyunca son on ilin doqquzunda Rio Karnavalını qaçırmayıb, hətta PSJ və "Barcelona"da oynadığı dövrlərdə belə. Bu il də ənənəsini davam etdirən futbolçu zədəsinə baxmayaraq karnavalda iştirak edib.
© Copyright 2025, All Rights Reserved