Bundan sonra “Atletik” Edin Terziçlikdir
“Atletik Bilbao”da yeni baş məşqçi: Edin Terziç təyin olundu.
90plus.az xəbər verir ki, "Atletik Bilbao” klubunun yeni baş məşqçisi müəyyənləşib. Klubun rəsmi mətbuat xidməti məlumat yayıb ki, yeni mövsümdən etibarən komandanı almaniyalı mütəxəssis Edin Terziç çalışdıracaq.
Terziç bu vəzifədə mövsümün sonunda klubdan ayrılacaq Ernesto Valverdeni əvəz edəcək. Onunla imzalanan müqavilə 2028-ci ilin iyun ayına qədər nəzərdə tutulub.
Qeyd: Ernesto Valverde daha əvvəl “Atletik”dən ayrılacağını açıqlamışdı.
Beləliklə, Bilbao təmsilçisi yeni mövsümdən etibarən yeni baş məşqçi ilə yoluna davam edəcək.
© Copyright 2026, All Rights Reserved