“Roma” Ç/L uğrunda vacib qələbə qazandı
“Roma”dan böyük qələbə – “Fiorentina” 4:0 məğlub edildi.
90plus.az xəbər verir ki, İtaliya A Seriyasının 35-ci turunda "Roma" böyük qələbəyə imza atıb. Paytaxt klubu öz meydanında inamlı qələbə qazanaraq Çempionlar Liqası uğrunda mübarizəni daha da qızışdırıb:
Roma 4 - 0 Fiorentina
Mançini 13’
França 27’
Hermoso 34’
Pisilli 58’
Bu qələbədən sonra “Roma” dördüncü pillədə qərarlaşan "Yuventus"dan cəmi 1 xal geri qalır. Komanda həmçinin üçüncü yerdəki “Milan”dan 3 xal geridədir.
“Roma” bu qələbə ilə Çempionlar Liqası zonası uğrunda mübarizədə ciddi üstünlük qazanaraq mövsümün həlledici mərhələsinə daxil olur.
© Copyright 2026, All Rights Reserved