“Real”da Mbappe böhranı: “getsin” imzası toplanır
“Real Madrid”də Mbappe böhranı: azarkeşlər petisiya başladıb, klubda narazılıq artır.
Yəni azarkeşlər internet üzərindən imza toplayaraq “Real Madrid” rəhbərliyinə mesaj verməyə çalışırlar ki, Kilian Mbappe komandadan göndərilsin.
90plus.az xəbər verir ki, “Real Madrid”in hücumçusu Kilian Mbappe ətrafında gərginlik getdikcə artır. Fransız futbolçunun yaxın çevrəsi onun zədədən bərpa dövründə davranışına yönələn tənqidlərə cavab verərək, bu ittihamların “şişirdilmiş şərh” olduğunu bildirib.
Son günlərdə diqqət çəkən məqamlardan biri isə madridli azarkeşlərin başladığı onlayn petisiyadır. Mbappenin klubdan göndərilməsini tələb edən bu kampaniya artıq 1,2 milyondan çox imza toplayıb. Lakin qeyd olunur ki, belə petisiyalarda istənilən şəxsin asanlıqla səs verə bilməsi bu rəqəmlərə ehtiyatla yanaşmağı tələb edir.
Statistik göstəricilər də maraqlı mənzərə yaradır. “Real Madrid” son 12 oyunda Mbappe ilə və onsuz tam fərqli nəticələr əldə edib:
Bu fərq klub daxilində müzakirələri daha da alovlandırıb.
Mənbənin iddiasına görə, tərəflər arasında münasibətlər artıq kritik həddə çatıb. Futbolçu ilə klub rəhbərliyi arasında ciddi fikir ayrılığı mövcuddur və hər iki tərəf mövcud vəziyyətdən narazıdır.
Problemlərin başlanğıcı kimi isə baş məşqçi Xabi Alonso ilə bağlı qərar göstərilir. Bildirilir ki, Mbappe bu qərara daxildə etiraz edib. Daha sonra onun diz zədəsi vəziyyəti daha da mürəkkəbləşdirib – futbolçu öz fiziki durumuna inamını qismən itirib.
Eyni zamanda, onun Fransa və İtaliyaya səfərləri klub daxilində müsbət qarşılanmayıb. Komanda daxilində narazılığın əsas səbəblərindən biri isə Mbappenin müdafiədə yetərincə iştirak etməməsi kimi göstərilir. Bu baxımdan o, tez-tez Vinisius Júnior ilə müqayisə olunur və braziliyalının meydanda daha çox fədakarlıq göstərdiyi vurğulanır.
Hətta bəzi klub rəsmilərinin futbolçunun zədəsinə şübhə ilə yanaşdığı da iddialar arasındadır. Bu isə cari mövsümdə ilk belə hal deyil.
Hazırda tərəflər arasında münasibətlər ən aşağı nöqtəyə çatıb və yaxın zamanda vəziyyətin necə inkişaf edəcəyi böyük maraq doğurur.