Minifutbol millimiz dünya lideridir
Dünya Minifutbol Federasiyası milli komandaların yenilənmiş reytinq siyahısını açıqlayıb və siyahının zirvəsində tarixi nəticə ilə Azərbaycan yer alıb.
90plus.az xəbər verir ki, son dünya çempionu olan Azərbaycan minifutbol millisi 4085 xalla planetin ən güclüsü kimi birinci pilləyə yüksəlib. Bu, komandanın tarixində ilk belə nailiyyətdir və qızıl medalın təsadüfi olmadığını bir daha təsdiqləyir.
Reytinqdə ən yaxın izləyici 3890 xalla Avropanın son çempionu Serbiya minifutbol millisi olub.
Üçüncü pillədə isə 3385 xalla Rumıniya minifutbol millisi qərarlaşıb.
Beləliklə, Azərbaycan yığması artıq təkcə titul deyil, həm də reytinq baxımından dünyanın ən güclüsü statusunu rəsmiləşdirib.
© Copyright 2026, All Rights Reserved