Rəhim Həsənov hakim qərarlarını doğru saydı
AFFA Hakimlər Komitəsinin rəhbəri Rəhim Həsənov Misli Premyer Liqasının 29-cu turunda baş verən mübahisəli epizodlara aydınlıq gətirib. O, keçirilən bir neçə oyunda hakim qərarlarının qaydalara uyğun olduğunu vurğulayıb.
90plus.az xəbər verir ki, qurum rəsmisinin qiymətləndirməsinə görə, “İmişli” – “Sumqayıt” qarşılaşmasında qonaqların xeyrinə verilən penalti düzgün təyin olunub. “Şamaxı” – “Kəpəz” duelində isə Gəncə klubunun qolunun ləğvi qaydalar çərçivəsində qəbul edilib.
“Turan Tovuz” – “Zirə” matçında da hakim qərarları müzakirə mövzusu olub. Bu oyunda “Zirə”nin penalti gözləntisinin təmin olunmaması, eləcə də komandanın vurduğu qolun ofsayda görə sayılmaması doğru qərarlar kimi dəyərləndirilib.
Turun digər diqqət çəkən epizodu “Sabah” – “Karvan-Yevlax” görüşündə yaşanıb. Həmin oyunda meydan sahiblərinin futbolçusuna göstərilən qırmızı vərəqənin də əsaslı olduğu bildirilib.
© Copyright 2026, All Rights Reserved