Günün oyunları: “Atletiko - Arsenal”
Atletiko – Arsenal: Yarımfinal həyəcanlı olacaq!
90plus.az xəbər verir ki, bu gün UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk oyunlarından ikincisi baş tutacaq. "Atletiko Madrid" öz meydanında "Arsenal" ilə üz-üzə gələcək.
Madriddəki “Metropolitano” stadionunda keçiriləcək ilk oyun Bakı vaxtı ilə saat 23:00-da start götürəcək:
Çempionlar Liqası, yarımfinal. İlk oyun:
Saat 23:00 Atletiko Madrid - Arsenal
TV: İctimai; TRT 1; Okko Sport; Digiturk Play Turkey; tabii Turkey
London təmsilçisi bu mövsüm Çempionlar Liqasının yeganə məğlubiyyətsiz komandası kimi diqqət çəkir. "Arsenal" 12 oyunda cəmi 5 qol buraxaraq müdafiədə etibarlı performans sərgiləyib.
Madrid klubu isə Dieqo Simeonenin rəhbərliyi altında əvvəlki illərlə müqayisədə daha açıq futbol oynayır. Komanda turnirdə 34 qol vurub, lakin eyni zamanda 26 top buraxıb. Hücumda isə Xulian Alvares 9 qolla ön plana çıxır.
Bu mövsüm artıq üz-üzə gəliblər
Komandalar cari mövsümün liqa mərhələsində qarşılaşıb və həmin oyunda “topçular” 4:0 hesablı inamlı qələbə qazanıb. Həmin matçda Viktor Gyökereş dubla imza atmışdı.
Komandaların yolu
"Atletiko Madrid" yarımfinala gedən yolda "Barcelona" üzərində 3:2 ümumi hesablı qələbə ilə diqqət çəkib.
"Arsenal" isə 1/4 finalda "Sportinq" səddini minimal üstünlüklə keçib (ümumi hesab 1:0).
Məşqçilər nə deyir?
“Atletiko”nun baş məşqçisi Dieqo Simeone matç öncəsi bildirib:
“Yarımfinala böyük inamla gəlirik. Güclü və zəif tərəflərimizi bilirik və uzun illərdir arzuladığımız hədəf üçün mübarizə aparacağıq.”
“Arsenal”ın çalışdırıcısı Mikel Arteta isə tarixi məqamı vurğulayıb:
“140 illik tariximizdə ilk dəfə ardıcıl yarımfinallardayıq. Bu, xüsusi nailiyyətdir və böyük zəhmətin nəticəsidir.”
Qeyd: Cütün cavab oyunu gələn həftə Londonda baş tutacaq. Finala yüksələcək komanda "Bayern Münhen – Paris Sen-Jermen" cütünün qalibi ilə qarşılaşacaq.
Digər oyun
Saat 22:00 Al Nassr - Al Ahli
TV: TRT spor; Digiturk Play Turkey; tabii Turkey; S Sport+ Turkey.