Dünya Kubokunda yeni ulduzlar fərqlənəcək
Dünya Kubokunda yeni qayda: debütant futbolçular üçün xüsusi nişan olacaq.
90plus.az xəbər verir ki, FIFA 2026 Dünya Kubokunda maraqlı yenilik tətbiq olunacaq. Turnirdə ilk dəfə iştirak edən futbolçular xüsusi nişanla hazırlanmış formalarda meydana çıxacaqlar.
Qərarın məqsədi mundialda debüt edən oyunçuları fərqləndirmək və futbolun yeni nəsil ulduzlarını daha qabarıq şəkildə ön plana çıxarmaqdır. Bu təşəbbüs azarkeşlərə gənc istedadları daha asan tanımağa imkan verəcək və turnirin vizual fərqliliyini artıracaq.
Bu siyahıya Lamin Yamal kimi ilk dəfə Dünya Kubokunda oynayacaq futbolçular da daxil olacaq.
Qeyd: Dünya Kuboku 2026 11 iyun - 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada təşkil olunacaq.
© Copyright 2026, All Rights Reserved