“Fənərbağça” baş məşqçisini qovdu
SON DƏQİQƏ: “Fənərbağça” Domeniko Tedesko ilə yollarını ayırdı.
90plus.az xəbər verir ki, Türkiyə nəhəngi "Fənərbağça" baş məşqçi Domeniko Tedesko ilə yollarını rəsmən ayırıb.
Klubun yaydığı açıqlamada yalnız Tedesko ilə deyil, həmçinin texniki direktor Devin Özek və futbol üzrə koordinator Berke Çelebi ilə də əməkdaşlığın dayandırıldığı bildirilib. Mövsümün sonuna qədər komandaya köməkçi məşqçi Zeki Murat Göle rəhbərlik edəcək.
Bu qərar İstanbul derbisində "Qalatasaray" qarşısında alınan ağır məğlubiyyətdən sonra verilib. “Fənərbağça” səfərdə 0:3 hesabı ilə uduzaraq çempionluq şanslarını demək olar ki, itirib. Komanda hazırda liderdən 7 xal geri qalır və mövsümün bitməsinə cəmi 3 tur qalıb.
Gərgin keçən qarşılaşmada Anderson Taliska ilk hissədə penalti zərbəsini qaçırıb, qapıçı Ederson isə ikinci hissədə qırmızı vərəqə alaraq komandasını çətin vəziyyətdə qoyub.
Xatırlatma: Tedesko 2025-ci ilin sentyabrında Joze Mourinyonun əvəzinə komandaya rəhbərlik etməyə başlamışdı. Lakin o, mövsümü başa vura bilmədi.
Onun “Fənərbağça”dakı statistikası isə belədir:
Klub rəhbərliyinin yaxın günlərdə yeni baş məşqçi ilə bağlı qərar verəcəyi gözlənilir.
© Copyright 2026, All Rights Reserved