Qırmızı aldı, rəqibini yumruqladı
Qalmaqallı hadisə: Rəqib futbolçunu yumruğa qatdı.
90plus.az xəbər verir ki, İspaniya Sequnda Divizionunda keçirilən “Saraqosa” – “Ueska” qarşılaşması ciddi qalmaqalla yadda qalıb.
Hər iki komandanın aşağı liqaya düşmək təhlükəsi ilə üz-üzə qaldığı oyunun (0:1) ikinci hissəsinə əlavə olunmuş 13-cü dəqiqədə “Saraqosa”nın qapıçısı Esteban Andrada meydandan qovulub. Argentinalı qolkiper əvvəlcə rəqib futbolçunu itələdiyinə görə ikinci sarı vərəqə alaraq qırmızı ilə cəzalandırılıb.
Lakin bununla hadisələr bitməyib. Andrada meydanı tərk edərkən özünü saxlaya bilməyərək “Ueska”nın kapitanı Xorxe Pulidoya hücum edib və onun üzünə yumruq zərbəsi endirib.
Bu insident dərhal kütləvi qarşıdurmaya səbəb olub. Meydanda gərginlik pik həddə çatıb və nəticədə bir neçə futbolçu da hakim tərəfindən meydandan kənarlaşdırılıb.
Gözlənilir ki, Andradanı bu hərəkətinə görə uzunmüddətli cəza gözləyir. Argentinalı qapıçı isə hadisədən sonra üzr istəyərək veriləcək qərarı qəbul etməyə hazır olduğunu bildirib.
© Copyright 2026, All Rights Reserved