“Fənərbağça”dan kuboka əlvida!
“Fənərbağça” üçün ağır zərbə: 4 günə iki kritik itki verdi.
90plus.az xəbər verir ki, Türkiyə Kubokunun 1/4 finalında sensasiya yaşanıb. “Konyaspor” doğma meydanda “Fənərbağça”nı 1:0 hesabı ilə məğlub edərək yarımfinala yüksəlib.
Gərgin keçən qarşılaşmada uzun müddət hesab açılmayıb. Oyunun taleyi isə əlavə vaxtda həll olunub. 120+2-ci dəqiqədə təyin olunan penalti zərbəsini dəqiq yerinə yetirən Jevtoviç Konya təmsilçisinə qələbə qazandırıb:
Konyaspor 1 - 0 Fənərbağça
Jevtoviç 120+2’(p)
Beləliklə, “Fənərbağça” Türkiyə Kuboku ilə vidalaşıb.
İstanbul klubunun son günlərdəki uğursuz seriyası diqqət çəkir. Komanda cəmi 4 gün ərzində iki ağır zərbə alıb:
Bu nəticələr “Fənərbağça”nın mövsümün həlledici mərhələsində ciddi psixoloji və idman böhranı yaşadığını göstərir.
© Copyright 2026, All Rights Reserved