Kompani: “Cavab matçına pozitivlər gəlsin”
“Bayern Münhen”in baş məşqçisi Vensan Kompani: “İnanırıq. Cavab oyununa pozitiv azarkeşlər gəlsin” – Çempionlar Liqasında dramatik gecədən sonra maraqlı açıqlamalar gəldi.
90plus.az xəbər verir ki, “Bayern Münhen”in baş məşqçisi Vensan Kompani UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyununda PSJ-yə 4:5 hesablı məğlubiyyətdən sonra diqqətçəkən açıqlamalar verib.
Belçikalı mütəxəssis azarkeşlərə xüsusi çağırış edib:
“Əgər kimsə bilet alıb və oyun günü özünü yaxşı hiss etmirsə… evdə qalsın və biletini bu ‘qala’ya – Allianz Arena-ya töhfə verə biləcək ən hazır insanlara versin.”
“Biz oyunu qazanmalıyıq və stadionda 75 min insanın dəstəyinə ehtiyacımız var. Onlar oyunu bizimlə birlikdə oynamalıdır.”
Kompani komandasının maksimum mübarizə aparacağını bildirib:
“Biz əlimizdən gələni, həqiqətən hər şeyimizi verəcəyik, lazım gələrsə meydanda ölsək belə.”
“İnanırıq.”
Baş məşqçi cavab matçının da oxşar keçəcəyini düşünür:
“Gələn həftə də oxşar oyun olacaq. PSJ sadəcə fərqli oynamağı qəbul etməyəcək. Biz də etməyəcəyik. Hər iki komanda belədir!”
“Sadəcə ümid edirəm ki, qalib biz olarıq…”
Kompani Münhendə atmosferin fərqli olacağını vurğulayıb:
“Gələn həftə Alyans Arenada atmosfer dəli kimi olacaq.”
O, penalti epizoduna da münasibət bildirib:
“Bizim əleyhimizə verilən penalti çox mübahisəli idi. Top əvvəlcə bədənə, sonra isə əlinə dəyir.”
Sonda isə cəzalı olduğu üçün oyunu tribunadan izləməsi barədə maraqlı bir məqama toxunub:
“Bu, oyunu izləmək istədiyim mövqe deyildi. Luis Enrikeyə dedim ki, onun oyunları tribunadan izləməyi necə xoşladığını başa düşmürəm!”
“Bu, futbolu sevənlər üçün bir oyun idi.”
© Copyright 2026, All Rights Reserved