Konqonu mundiala aparan qolun müəllifi danışdı
Aksel Tuanzebe: “Dünya Çempionatına vəsiqə qazandıran qolu vurmaq inanılmaz hiss idi”.
90plus.az xəbər verir ki, DR Konqo milli komandasının 2026-cı il Dünya Çempionatına vəsiqə qazanmasında həlledici qolu vuran Aksel Tuanzebe emosional açıqlama verib.
Futbolçu bildirib ki, oyuna çıxması belə son ana qədər dəqiq deyildi:
“Matçdan bir həftə əvvəl ümumiyyətlə oynaya biləcəyimdən əmin deyildim. Amma meydana çıxdım və qələbədə rol oynamaq inanılmaz bir hiss idi.”
Tuanzebe bu uğurun ölkə üçün xüsusi məna daşıdığını vurğulayıb:
“Bu, ölkə üçün çox böyük məna daşıyır. 52 ildir Dünya Çempionatına getməmişdik. Konqoya qayıdanda gördüyüm ab-hava və qarşılanma həyatda yalnız bir dəfə yaşanacaq bir şey idi.”
O, milli komandadakı inkişafdan da danışıb:
“Milli komandada yolumuz möhtəşəm olub. İndi Dünya Çempionatına böyük motivasiya ilə gedirik.”
DR Konqo yığması uzun fasilədən sonra Dünya Çempionatına vəsiqə qazanaraq tarixi nəticəyə imza atıb.
© Copyright 2026, All Rights Reserved