Deşamın “Real” vatiantı real deyil
“Marca”nın məlumatına görə, “Real Madrid” növbəti mövsüm üçün yeni baş məşqçi axtarışına çıxmağı planlaşdırır və hazırkı baş məşqçi Alvaro Arbeloanı əvəzləmək niyyətindədir.
90plus.az xəbər verir ki, komandanın son vaxtlar Çempionlar Liqasından erkən çıxması və ölkə daxilində qeyri-qənaətbəxş çıxışları Arbeloanın klubdakı gələcəyini sual altına qoyub.
Fransa millisinin baş məşqçisi Didye Deşamın namizədlər arasında olduğu barədə iddialar yayılsa da, “Marca” bu ehtimalı təkzib edib. Bildirilir ki, “Real Madrid” onu əsas namizədlərdən biri kimi görmür.
2018-ci ildə Fransa ilə Dünya Çempionatını qazanan və 2022-ci ildə finala yüksələn Deşamın 2026-cı il Dünya Çempionatından sonra vəzifəsini tərk edəcəyi gözlənilir.
Eyni zamanda, Zinəddin Zidanın Fransa millisinin baş məşqçisi postunu təhvil alma ehtimalı da gündəmdədir.
© Copyright 2026, All Rights Reserved