“Real Sosyedad” İspaniya kubokunu qaldırdı
"Real Sosyedad” penaltilər seriyasında “Atletiko Madrid”i məğlub edib 2025/26 mövsümünün İspaniya Kubokunun qalibi oldu.
90plus.az xəbər verir ki, İspaniya Kubokunun final matçında əsas və əlavə vaxt bərabər yekunlaşıb, penaltilər seriyasında isə "Real Sosyedad" dəqiq olub və tarixində 3-cü dəfə, son altı ildə ikinci dəfə, 2020-ci ildən bəri İLK kuboku başı üzərinə qaldırıb.
Antuan Qrizmannın “Atletiko Madrid”dən ayrılmadan əvvəl bu mövsüm kubok qazanmağa yalnız bir şans qaldı.
Qapıçı Unai Marrero bu mövsüm “Real Sosyedad”da yalnız İspaniya Kubokunda oynayıb.
O, penaltilər seriyasında iki möhtəşəm qurtarış edərək qələbədə böyük paya sahib oldu.
Pelleqrino Matarazzo Avropanın TOP-5 liqasında çıxış edən bir klubla kubok qazanan ilk ABŞ doğumlu baş məşqçi oldu:
Atletiko Madrid 2 - 2 Real Sosyedad
Penaltilər 3-4
A. Barrenetxea 1’
A. Lukman 19’
M. Oyarzabal 45+1’ (p)
J. Alvares 83’
Qollar: https://t.me/doxsanplus/116400
Mikel Oyarzabal (28) artıq 10 İLDƏN çoxdur ki, “Real Sosyedad”ın əsas komandasında çıxış edir!
O, bütün peşəkar karyerasını yalnız bu klubda keçirib — 400-dən çox oyuna çıxıb və təxminən 200 qol töhfəsi verib (qol+assist).
Bu gün isə o, İspaniya Kubokunu qazandı. Möhtəşəm an: https://t.me/doxsanplus/116403
© Copyright 2026, All Rights Reserved