Asensio iltihabdan əziyyət çəkir
COPE-nin məlumatına görə, “Real Madrid”in müdafiəçisi Raul Asensio bir həftədir davam edən qastroenteritdən (mədə-bağırsaq iltihabı) hələ də tam sağalmayıb.
90plus.az xəbər verir ki, ispaniyalı mərkəz müdafiəçisi xəstəliyə səbəb olan virusu müəyyənləşdirmək üçün xəstəxanada müalicəsini davam etdirir.
Bildirilir ki, Asensio son iki həftədə 6 kiloqram çəki itirib.
Artıq bu həftə UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyununda “Bayern Münhen”ə qarşı matçı buraxan futbolçu, həmçinin çərşənbə axşamı “Alaves”ə qarşı La Liqa oyununda da iştirak etməyəcək.
Bu arada “Real Madrid”in baş məşqçisi Alvaro Arbeloa müdafiənin mərkəzində Eder Militao, Antonio Rüdiger və Din Höysenə güvənəcək.
© Copyright 2026, All Rights Reserved