“Əl Nəsr” Çempionıar Liqasının finalında
“Əl Nəsr” finalda – kuboka cəmi bir addım qalıb.
90plus.az xəbər verir ki, Asiya Çempionlar Liqasının yarımfinalında "Əl Nəsr” möhtəşəm oyun nümayiş etdirərək “Əl Əhli” üzərində 5:1 hesablı inamlı qələbə qazanıb.
Kinqsli Koman het-trik edərək (12’, 45+8’, 63’) matçın qəhrəmanına çevrilib.
Bu qələbə ilə “Əl Nəsr” turnirin finalına yüksəlib və artıq kuboka cəmi bir qələbə uzaqlığındadır. Komanda eyni zamanda mövsümdə “dubl” etmək şansını davam etdirir:
Al Nassr 5 - 1 Al Ahli
S. Yansane 10’
K. Koman 12’ 45+8’ 63’
A. Qabriel 23’
Alhamddan 80’
Finalda Səudiyyə Ərəbistanı təmsilçisi Yaponiya klubu “Gamba Osaka” ilə qarşılaşacaq. Həlledici oyun mayın 16-da keçiriləcək.
© Copyright 2026, All Rights Reserved