Levandovski 100 qola töhfə verib
"Barselona"nın hücumçusu Robert Levandovski İspaniya futbol tarixində adını yazdırıb və La Liqada 100 qola töhfə verib.
90plus.az xəbər verir ki, 81 qol və 19 məhsuldar ötürmədən ibarət təsirli statistikası ilə polyak forvard bu göstəriciyə 37 yaş 247 günündə nail olub. Bununla da o, XXI əsrdə La Liqada bu həddə çatan ən yaşlı futbolçu kimi tarixə düşüb.
Adətən bu yaşda bir çox hücumçular yerini gənc nəsilə verir. Lakin Levandovski bioloji saatı “aldatmağa” davam edir. Onun komanda üçün əhəmiyyəti təkcə statistik göstəricilərlə ölçülmür. Yüksək maliyyə məhdudiyyətləri və qeydiyyat problemləri ilə xarakterizə olunan müasir dövrdə belə stabil qol mənbəyinə sahib olmaq əvəzsiz hesab olunur.
© Copyright 2026, All Rights Reserved