Kompaniyə PSJ ilə oyunda ağır cəza
Kompani “PSJ”yə qarşı oyunu buraxacaq – ciddi məhdudiyyətlər tətbiq olunacaq.
90plus.az xəbər verir ki, Vensan Kompani Çempionlar Liqasında “Real Madrid”ə qarşı keçirilən cavab oyununda sarı vərəqə aldığı üçün növbəti mərhələdə cəzalı duruma düşüb.
Beləliklə, belçikalı mütəxəssis komandasının Paris Sen-Jermen ilə keçirəcəyi qarşılaşmada texniki zonada yer ala bilməyəcək.
Qeyd olunur ki, Kompaniyə tətbiq olunan cəza kifayət qədər sərtdir. O, matçın startından 90 dəqiqə əvvəl başlayaraq oyun bitənə qədər komanda və məşqçi heyəti ilə hər hansı əlaqə saxlaya bilməyəcək. Bu isə o deməkdir ki, baş məşqçi nə paltardəyişmə otağında, nə də oyun zamanı futbolçularına və köməkçilərinə göstəriş verə biləcək.
Mənbənin məlumatına görə, bu qaydalar UEFA-nın intizam tələblərinə əsasən tətbiq olunur və pozulacağı təqdirdə əlavə sanksiyalar qaçılmazdır.
Qeyd: Çempionlar Liqası, yarımfinal. İlk oyun. Sabah saat 23:00 - PSJ - Bayern Münhen.
© Copyright 2026, All Rights Reserved