Mahir Emreli: "Bəzən qolun qarşını almaq üçün kart görürsən"

Mahir Emreli qırmızı vərəqə epizoduna aydınlıq gətirdi.
90plus.az xəbər verir ki, dünən Azərbaycan millisi Slovakiyaya öz evində 3-1 hesabı ilə məğlub oldu. Görüş 1-1 davam edərkən qırmızı vərəqə görərək komandasını azlıqda qoyan Mahir öz instaqram hesabından bu epizoda aydınlıq gətirib:
"Hər biriniz içimdə olan vətən sevgisini, bayraq sevgisini yəqin ki, bilirsiniz. Uşaq yaşlarımdan milli komandanın müxtəlif yaş qruplarında oynamışam və uzun müddətdir ki, milli komandanın üzvüyəm. Bəzən, içimdəki qalib olmaq istəyi həddindən artıq çox olur. Bu istəyi oyunumda hər zaman göstərmək istəmişəm.
Bəzən alınır, bəzən isə yox. Futbol saniyə oyunudur. Elə olur ki, qol vurmaqdan çox bəzən qolun qarşısını da almaq lazım olur və nəticə kartla sonlanır. Durum nə qədər əleyhimə görünsə də, inanıram ki, futbol azarkeşləri məni başa düşür. Təbii ki, tənqid qaçınılmazdır və mən sağlam tənqidə hər zaman açığam. Bilirəm ki, uman yerdən küsərlər, ona görə mənə qarşı olan istəyiniz və təzyiqiniz çoxdur. Bu məni qorxutmur, əksinə sevindirir. Daha yaxşı olmağa, daha çox məşq etməyə və daha çox inkişaf etməyə məni sövq edir. Ümid edirəm gələcək oyunlarımda qollarım ilə sizləri sevindirəcəyəm".
© Copyright 2025, All Rights Reserved