“Matçın Adamları” və səbəblər

Çempionlar Liqasında ötən gecəki oyunlar üzrə UEFA tərəfindən "Oyunun ən yaxşısı" seçilib.
90plus.az xəbər verir ki, "Barsa"dan 22 yaşlı Pedri (Barselona 3 - 1 Benfika) "Matçın Adamı" olub. Oyunda hər 3 qolun ötürməsini Pedri edib. "Benfika" Pedrinin ustad dərsi sayəsində yarımmüdafiədə tamamilə məhv edildi. Pedrin "Barselona"da ardıcıl iki oyununda bu uğura yiyələnib.
Pedri “Benfika”ya qarşı matçda (3-1):
• Ən çox məsafə qət edən oyunçu: 13.6 km
• Ən çox şans yaradan oyunçu: 3
• Dani Olmo ilə birlikdə ən çox top qaytaran oyunçu: 10.
"İnter"in fransız hücumçusu Markus Türam "İnter 2-1 Feyenoord" oyununda ən yaxşı futbolçu olub. "İnter"in hücumçusu qaçışları və fiziki hazırlığı ilə "Feyenoord"a bir çox problem yaratdı. O, matçın əvvəlində fantastik qolla hesabı açdı, daha bir möhtəşəm qaçışdan sonra ikinci qolunu vura bilmədi.
"Bayer Leverkuzen 0-2 Bayern Münhen" matçında komandasının ilk qolunu vuran, ikinci qolunun da assistini edən Harri Keyn də "Matçın Adamı" oldu.
Sonuncu olaraq, "Liverpul 0-1 PSJ" oyununun penaltilər seriyasında (1-4) əsas uğur açarı olan, rəqib penaltilərinin qənimi italyan qapıçı Cici Donnarumma da UEFA tərəfindən bu ada layiq görüldü.
© Copyright 2025, All Rights Reserved