“Şamaxı”da ayrılıqlar davam edir: Veremeyev də getdi
“Şamaxı”da ayrılıqlar davam edir: növbəti futbolçu komandadan getdi.
90plus.az xəbər verir ki, yeni mövsüm öncəsi heyətində ciddi dəyişikliklər edən “Şamaxı” daha bir futbolçu ilə vidalaşıb.
Klubun yaydığı məlumata əsasən, müdafiəçi Vladislav Veremeyevlə başa çatan müqavilənin müddəti artırılmayıb. Bununla da ukraynalı futbolçunun Şamaxı təmsilçisindəki çıxışı rəsmən başa çatıb.
Veremeyev 2025-ci ilin yanvarında komandaya qoşulmuşdu və ötən mövsümün ikinci yarısında “Şamaxı”nın formasını geyinmişdi.
Beləliklə, klub yay fasiləsində ayrılan futbolçuların siyahısını daha da genişləndirib. Daha əvvəl Rüfət Abbasov, Kərim Rossi, Emil Süleymanov, Ramiz Muradov, Davud Mənsumov, Abdulla Rzayev, Səlim Həşimov, Rodriqo Fernandes, Andrey Tirkoveanu, Arsen Ağcabəyov və Rafael Məhərrəmli də komandanı tərk etmişdilər.
Qeyd: “Şamaxı” rəhbərliyi bir tərəfdən heyəti yeniləyərkən, digər tərəfdən yeni transferlər üzərində işlərini davam etdirir.
© Copyright 2026, All Rights Reserved