UEFA Superkuboku: “PSJ” - “Aston Villa”
UEFA Superkubokunun iştirakçıları müəyyənləşdi: PSJ və “Aston Villa” üz-üzə gələcək.
90plus.az xəbər verir ki, 2026-cı il UEFA Superkuboku uğrunda keçiriləcək qarşılaşmanın iştirakçıları bəlli olub.
Qitənin yeni mövsümə start verən ən nüfuzlu oyunlarından birində Fransa təmsilçisi PSJ ilə İngiltərənin “Aston Villa” klubu qarşılaşacaq. Görüş avqustun 12-də Avstriyanın Zalsburq şəhərində yerləşən “Red Bull Arena” stadionunda baş tutacaq.
PSJ Superkuboka UEFA Çempionlar Liqasının qalibi kimi vəsiqə qazanıb. Paris klubu finalda Londonun “Arsenal” komandası ilə üz-üzə gəlib. Gərgin keçən matçın əsas vaxtı 1:1 hesabı ilə yekunlaşsa da, penaltilər seriyasında daha dəqiq oynayan Fransa təmsilçisi 4:3 hesablı qələbə ilə kuboku başı üzərinə qaldırıb.
“Aston Villa” isə UEFA Avropa Liqasının finalında Almaniya təmsilçisi “Frayburq”u inamlı oyunla məğlub edib. Birmingem klubu rəqib qapısından üç cavabsız top keçirərək turnirin qalibi olub və Superkuboka haqq qazanıb.
Beləliklə, Avropa futbolunda yeni mövsümün ilk beynəlxalq kuboku uğrunda mübarizədə Çempionlar Liqasının və Avropa Liqasının son qalibləri qarşılaşacaqlar.
© Copyright 2026, All Rights Reserved