Millimizin üzvü qol vurdu, komandası böyük hesabla qalib gəldi

Azərbaycanlı futbolçu Zamiq Əliyev Albaniya kubokunda növbəti matçını keçirib.
90plus.az xəbər verir ki, onun çıxış etdiyi “Eqnatia” komandası turnirin 1/8 final mərhələsində evdə "Kastrioti” ilə qarşılaşıb. Oyun meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.
23 yaşlı müdafiəçi start heyətində yer alıb. Millimizin üzvü matçın 15-ci dəqiqəsində fərqlənərək komandasında ilk qolun müəllifi olub.
© Copyright 2025, All Rights Reserved