Mourinyo “Real”a qayıdış xəbərlərini yalanladı
Joze Mourinyo “Real Madrid”ə mümkün qayıdışla bağlı yayılan xəbərləri təkzib edib.
90plus.az xəbər verir ki, hazırda “Benfika”nın baş məşqçisi olan portuqaliyalı mütəxəssis bildirib ki, İspaniya klubu ilə heç bir əlaqə olmayıb:
“Xeyr, “Real Madrid”dən heç kim mənimlə danışmayıb, buna zəmanət verə bilərəm… “Real Madrid”lə bağlı heç nə yoxdur.”
Mourinyo hazırkı vəziyyətinə də aydınlıq gətirib:
“Mənim “Benfika” ilə müqaviləmin bitməsinə bir il qalıb, vəziyyət budur.”
Onun bu açıqlamasına baxmayaraq, Mourinyo “Real Madrid”də baş məşqçi postuna namizədlərdən biri kimi göstərilir. Klubun hazırkı çalışdırıcısı Alvaro Arbeloanın gələcəyi ilə bağlı qeyri-müəyyənlik davam edir.
Namizədlər siyahısında Yurgen Klopp, Massimiliano Alleqri, Maurisio Poçettino və Unai Emeri də yer alır. Lakin klub tərəfindən hələlik əsas favorit müəyyənləşdirilməyib.
© Copyright 2026, All Rights Reserved