"Fənərbağça"nın baş məşqçisi Jose Mourinyonun "Sportbible"da verdiyi açıqlamalar diqqət çəkib.
90plus.az xəbər verir ki, Messi, Ronaldo və Mbappe üzərindən hazırki və keçmiş futbolu şərh edən Mourinyonun müsahibəsində bu ifadələr yer alır:
"Karyeramda çox peşmanlığım yoxdur, amma təlim verə bilmədiyim bəzi fenomen futbolçular var. Məsələn, Messi ilə heç işləmədim. Ancaq ona heç kim məşqçilik edə bilməz. Onu tərbiyə edə biləcəyinizi düşünmək axmaqlıqdır. Çünki o hər şeylə doğulub və artıq hər şeyi çox yaxşı bilir. Sadəcə onu heyətinizdə görmək şərəfinə sahib olduğunuzu deyə bilərsiniz."
"'İnter Mayami'nin yüksəlişi də çox təəccüblü deyil. "Barselona"dan ayrılacağını düşünmürdüm. Bir futbolçu yaxşıdırsa, onsuz da hər liqada oynayar, amma Messi həm futbolçu, həm də bir məşqçidir."
"Mbappe bəlkə də dünyanın ən böyük futbolçusu deyil, amma hal-hazırda iqtisadi baxımdan ən dəyərli futbolçudur. Fransa Dünya Kubokunu qazanarkən, o yaşda meydanda olması bir təsadüf deyildi."
Digər tərəfdən, Mourinyo futbol tarixinin ən yaxşı üç futbolçusu olaraq Pele, Maradona və Messini seçib. Keçmiş şagirdi Kriştiano Ronaldonu isə bu siyahının xaricində saxlayıb.
© Copyright 2024, All Rights Reserved