Neymar: "Vinisius"Qızıl top"a layiqdir"

Braziliya millisinin ulduzu Neymar həmyerlisi Vinisiusa dəstəyini nümayiş etdirdi.
90plus.az xəbər verir ki, "Barselona" və PSJ-nin sabiq futbolçusu Vinisiusun "Qızıl top"a layiq olduğunu bildirib:
“Mən Vinisiusu sevirəm. Bizim çox gözəl münasibətimiz var. O, mənim futbol vasitəsilə tanış olduğum möhtəşəm bir dostdur. O, möhtəşəm mövsüm keçirdi və mən “Qızıl top” üçün mütləq onu dəstəkləyirəm.
Mən fikirləşirəm ki, ondan yaxşısı yoxdur.Vini buna layiqdir, o, döyüşçüdür, həyatı boyu çox çətinlik çəkib. O, bütün tənqidləri üstələyib və indi o, kumirdir, hamımızın qəhrəmanıdır”.
© Copyright 2025, All Rights Reserved