Palmer "Qızıl top"a namizədliyi haqqında: "Qazanacağıma inanıram"
Kol Palmer "Qızıl top"u qazanma ehtimalı haqqında maraqlı açıqlamalar verib.
90plus.az xəbər verir ki, Palmer, mükafat namizədliyi haqqında "The Telegraph"a verdiyi müsahibədə, "Karyeramın bu qədər erkən dövründə bu səviyyədə tanınmaq həqiqətən böyük bir şərəfdir" deyərək çatdığı səviyyədən qürur duyduğunu ifadə etdi. Palmer, "Çox çalışmaq və sabitliklə bunu bacara biləcəyimə inanıram!" sözləri ilə mükafatı qazanmağın böyük bir uğur olacağını qeyd etdi.
İngiltərə milli komandasının kapitanı Harri Keyn, Fil Foden, Deklan Rays, Bukayo Saka və "Real Madrid"in ulduzu Cud Bellinqem kimi İngilis ulduzları ilə birlikdə "Ballon d'Or" üçün namizəd göstərilən Palmer, özünə daim daha yüksək hədəflər qoyduğunu bildirdi. Palmer, "Təkrarlamaq çox vacibdir. Hər mövsüm özünüzü sınamalı və inkişaf etməlisiniz. Daha yüksək standartlar müəyyən etmək və bu standartları aşmağa çalışmaq lazımdır," deyərək hədəflərinə olan bağlılığını vurğuladı.
© Copyright 2026, All Rights Reserved