“Qarabağ” Elvin Cəfərquliyevi satır
“Qarabağ” Elvin Cəfərquliyevi satışa çıxardı.
90plus.az xəbər verir ki, “Qarabağ” klubunda Elvin Cəfərquliyevin gələcəyi ilə bağlı mühüm qərar verilib. Bir neçə gün əvvəl baş məşqçi Qurban Qurbanovun qərarı ilə əvəzedici heyətə göndərilən futbolçu transfer siyahısına daxil edilib - Sportal.
Klub rəhbərliyi artıq bu barədə həm oyunçunun özünü, həm də menecerləri məlumatlandırıb. Ağdam təmsilçisi yay transfer pəncərəsində Cəfərquliyevlə yolları ayırmağa hazırdır.
Qeyd: Elvin Cəfərquliyev və Abbas Hüseynov intizam qaydalarını pozduqlarına görə əsas komandadan uzaqlaşdırılmışdı.
© Copyright 2026, All Rights Reserved