“Real Madrid” klubundan Zidanla bağlı rəsmi açıqlama
"Real Madrid" Fransa Futbol Federasiyasının rəhbəri Le Qrenin Zinəddin Zidan haqqında söylədiyi uğursuz açıqlamalardan təəssüflənir”. 90plus.az xəbər verir ki, bu sözlər “Real Madrid” klubunun rəsmi açıqlamasında qeyd olunub. Madrid klubu Le Qreyə etdiyi açıqlamalarla bağlı düzəliş etməsini bildirib: "Real Madrid" olaraq Fransa FF prezidenti Le Qrenin dünya idmanının ən böyük əfsanələrindən biri Zinedine Zidane barədə heç xoş olmayan sözlərinə təəssüf edirik. Bu sözlər dünyanın dörd tərəfindəki futbol azarkeşlərinin ən çox heyran olduğu fiqurlardan birinə qarşı hörmətsizlik deməkdir və klubumuz bu xoş olmayan vəziyyətin dərhal düzəldilməsini gözləyir. Avropa və Dünya çempionluğu, digər bir çox titulları ilə yanaşı ölkəsinin formasını dəfələrlə geyinən Zinedin Zidan idmanın dəyərlərini təmsil edir və bunu bir futbolçu, bir baş məşqçi kimi karyeralarında nümayiş etdirib. Fransa FF prezidentinin 2021-ci ildə Fransa millisi ilə UEFA Millətlər Liqasında çempionluq yaşayan, 5 qat UEFA Çempionlar Liqası çempionu, digər titulları xeyli sayda qazanan və hazırkı Ballon D'Or qalibi olan kapitanımız Karim Benzema haqqında etdiyi açıqlamalar kimi, bu açıqlama da uyğunsuz oldu!" Qeyd edək ki, Fransa Futbol Federasiyasının rəhbəri Le Qre öz açıqlamasında Zidanın telefon zənglərini cavablandırmayacağını deyib.