“Real Madrid”də gərgin anlar: Azarkeşlər Florentino Peresi fitə basdı
İspaniya La Liqasında “Real Madrid”in “Levante”ni qəbul etdiyi qarşılaşmada tribunalar sakit olmadı.
90plus.az xəbər verir kiMadrid təmsilçisinin azarkeşləri oyunun ilk dəqiqələrindən etibarən futbolçulara və klub prezidenti Florentino Peresə ciddi etirazlarını nümayiş etdirdilər.
İspaniya Superkubokunun finalında “Barselona”ya məğlubiyyətdən sonra Xabi Alonso ilə yollarını ayıran “Real Madrid”də yeni baş məşqçi Alvaro Arbeloa La Liqadakı ilk oyununa çıxıb. Lakin qarşılaşma başlamazdan əvvəl baş verənlər diqqət mərkəzində olub.
Oyundan öncə isinmə hərəkətlərini başa vuraraq paltardəyişmə otağına yollanan futbolçular azarkeşlərin fit səsləri ilə qarşılanıb. Eyni etirazlar “Real Madrid”in start heyəti stadionda elan olunarkən də davam edib.
İspan mətbuatının yaydığı xəbərlərə görə, azarkeşlər klub prezidenti Florentino Peresi istefaya dəvət edən şüarlar səsləndiriblər. Bundan başqa, “Real Madrid”in ulduz futbolçuları Vinisius Junior, Federiko Valverde və Cud Bellinqem də oyun ərzində tribunaların hədəfinə çevrilib.
Bu etirazlar “Real Madrid”in son dövrlərdə yaşadığı uğursuz nəticələrin fonunda baş verib və klubdakı gərginliyin artdığını bir daha göstərib.
© Copyright 2026, All Rights Reserved