Sane Premyer Liqaya geri dönür

"Bayern"in vingeri Leroy Sane gələn yay Münhen klubunu azad agent kimi tərk edə bilər.
90plus.az xəbər verir ki, müqaviləsinin müddəti mövsümün sonunda başa çatacaq futbolçu yenidən İngiltərə Premyer Liqasına qayıtmağa hazırlaşır. "Arsenal" Sanenin xidmətində maraqlıdır. "Bayern" ilə yeni müqavilə imzalamasa, London klubu onu sıralarına cəlb etməyə çalışacaq.
Leroy Sane vaxtilə İngiltərə Premyer Liqasında "Mançester Siti"in şərəfini qoruyub.
Qeyd: 28 yaşlı almaniyalı oyunçu cari mövsümdə Münhen nəhənginin heyətində 8 oyun keçirib və 3 qol vurub. "Transfermarkt" Sanenin dəyərini 60 milyon avro qiymətləndirir.
Mənbə: Football Insider
© Copyright 2025, All Rights Reserved