Sebalyos Simeoneyə əl qaldırdı

"Real Madrid"in mərkəz yarımmüdafiəçisi Daniel Sebalyos Dieqo Simeoneyə əl qaldırmaqla cavab verib.
90plus.az xəbər verir ki, dünən Dieqo Simeone mətbuat konfransında Çempionlar Liqasının 1/8 finalında "Real Madrid"lə oyunun penaltilər seriyasında Xulian Alvarezin vurduğu qolun sayılmaması ilə bağlı jurnalistlərə sual ünvalamışdı. O, jurnalistlərdən Xulian Alvaresin penalti zərbəsi zamanı topa iki dəfə toxunduğunu görənlər, əllərini qaldırsın deyə xahiş edib.
Dani Sebalyos isə X hesabında paylaşım edərək "əlini qaldırıb".
© Copyright 2025, All Rights Reserved