"Yuventus"dan Poqba qərarı: 2000 avro maaş

Pol Poqba sən demə 2000 avro maaş alırmış.
90plus.az xəbər verir ki, dörd illik dopinq cəzası 18 aya endirilən fransız futbolçu Pol Poqba, 2025-ci ilin mart ayından etibarən futbol oynaya biləcək, lakin görünən odur ki, bu, "Yuventus" forması altında olmayacaq.
İtalyan komandası oyunçu ilə davam etməmə qərarı alaraq Poqbanın müqaviləsini birtərəfli şəkildə ləğv etməyi planlaşdırır.
Tiago Mottanın planlarında yer almayan oyunçunun maaşı aldığı cəzadan sonra aylıq 2000 avroya endirilib.
© Copyright 2025, All Rights Reserved