“90 dəqiqə uduzmağa layiq deyildik”

"90 dəqiqə ərzində uduzmağa layiq deyildik".
90plus.az xəbər verir ki, ”Liverpul”un baş məşqçisi Arne Slot Çempionlar Liqasında mübarizəni dayandırdıqları PSJ matçı (Ümumi hesab: 1-1, Penaltilər: 1-4) barədə üzüntüsünü bölüşüb:
”Məncə, 90 dəqiqə ərzində uduzmağa layiq deyildik. 180 dəqiqədən sonra isə əlavə vaxta getmək ədalətli idi. Əlavə vaxtda PSJ daha yaxşı idi.
Adətən yarımfinalda və ya finalda belə komandalarla qarşılaşırsınız, amma təəssüf ki, bu turda dünyanın ən zəngin komandalarından biri olan PSJ ilə qarşılaşdıq.
Futbolda gördüyüm ən yaxşı matçlardan biri idi. Bir məşqçi kimi mənim “Liverpul” qədər tarixim yoxdur”.
📰: Fabrizio Romano
© Copyright 2025, All Rights Reserved