“Nitsa” Liqa 1-də qaldı!
“Nitsa” Liqa 1-də yerini qorudu – pley-off duelində “Sent-Etyen”i məğlub etdi.
90plus.az xəbər verir ki, Fransa Liqa 1-də növbəti mövsüm iştirak edəcək son komanda pley-off mərhələsindən sonra müəyyənləşib.
Liqa 1-də 16-cı yeri tutan "Nitsa" elitada qalmaq üçün Liqa 2-ni üçüncü pillədə tamamlayan "Sent Etyen" ilə üz-üzə gəlib.
Komandalar arasında keçirilən ilk oyun qolsuz bərabərliklə (0:0) yekunlaşıb və hər şey cavab matçına qalıb.
İkinci görüşdə isə “Nitsa” rəqibinə şans verməyib. Meydan sahibləri inamlı oyun nümayiş etdirərək 4:1 hesablı qələbə qazanıblar və ümumi nəticədə Liqa 1-də qalmağı təmin ediblər.
Beləliklə, iki oyunun cəmində “Nitsa” 4:1 üstünlüklə Liqa 1-dəki yerini qoruyub, “Sent-Etyen” isə elitaya qayıtmaq şansını itirib.
© Copyright 2026, All Rights Reserved