Arda Güler Ç/L-də “İlin kəşfi” oldu
Arda Güler UEFA-dan “ilin kəşfi” mükafatını qazandı – ÇL-də mövsümün ən yaxşı gənc oyunçusu seçildi.
90plus.az xəbər verir ki, UEFA 2025/26 mövsümünün UEFA Çempionlar Liqasında növbəti fərdi mükafatın sahibini açıqlayıb. “İlin kəşfi” mükafatı Arda Gülerə verilib.
"Real Madrid"in yarımmüdafiəçisi olan 21 yaşlı futbolçu turnir boyu göstərdiyi performansla UEFA Texniki Qrupunun diqqətini çəkib. Qurum onun mövsüm ərzində sürətli inkişafını xüsusi olaraq vurğulayıb.
Arda Güler 2024/25 mövsümündə Çempionlar Liqasında cəmi 1 start oyununa çıxmışdısa, 2025/26 mövsümündə artıq əsas heyətin vacib üzvlərindən birinə çevrilərək 14 oyunda 13 startla yadda qalıb.
Turniri 2 qol və 4 məhsuldar ötürmə ilə tamamlayan türk yarımmüdafiəçinin ən yaddaqalan performanslarından biri Bayern Münhen"ə qarşı oynadığı və ilk Çempionlar Liqası qollarını vurduğu dörddəbir final matçı olub.
Eyni zamanda o, liqa mərhələsində "Yuventus"a qarşı oyunda göstərdiyi kreativ performansla “Matçın oyunçusu” seçilərək komandasının qələbəsində əsas rol oynayıb.
UEFA-nın Texniki Müşahidəçilər Qrupu Gülərin xüsusilə topa nəzarət, yaradıcılıq və oyun quruculuğu bacarıqlarının bu mövsüm ciddi inkişaf etdiyini bildirib.
Beləliklə, Arda Güler 2025/26 mövsümünü həm fərdi mükafat, həm də Çempionlar Liqasında artan rolu ilə yadda saxlayıb və Avropanın ən perspektivli gənc yarımmüdafiəçilərindən biri kimi göstərilib.
© Copyright 2026, All Rights Reserved