Kilian Mbappe Çempionlar Liqasında bombardir oldu
Kilian Mbappe Çempionlar Liqasının bombardiri oldu – “Real Madrid” erkən mərhələdə mübarizəni dayandırsa belə...
90plus.az xəbər verir ki, Kilian Mbappe 2025/26 mövsümündə UEFA Çempionlar Liqasının “Qızıl buts” mükafatını qazanıb.
Fransalı hücumçu turnirdə 11 oyunda 15 qol və 1 məhsuldar ötürmə ilə yadda qalaraq bombardirlər siyahısında zirvəyə yüksəlib. Maraqlısı odur ki, onun çıxış etdiyi Real Madrid turniri 1/4 final mərhələsində tərk edib.
Mbappe həmçinin İspaniya La Liqasında da mövsüm boyu yüksək məhsuldarlıq nümayiş etdirib. O, 31 oyunda 25 qol vuraraq liqanın bombardiri – Pichichi mükafatını da qazanıb.
Ümumilikdə 2025/26 mövsümündə fransalı futbolçunun göstəriciləri belə olub:
44 oyun – 42 qol – 7 məhsuldar ötürmə.
© Copyright 2026, All Rights Reserved