Çempionlar Liqasında mövsümün ən yaxşısı Xviça oldu
Kvaratsxeliya UEFA Çempionlar Liqasında mövsümün ən yaxşı oyunçusu seçildi.
90plus.az xəbər verir ki, ən nüfuzlu mükafat – mövsümün ən yaxşı oyunçusu – Xviça Kvaratsxeliyayə verilib. Gürcüstanlı vinger turnirdə 16 oyunda 17 qol və məhsuldar ötürmə (Q/A) ilə yadda qalıb və komandasının hücum xəttinin əsas simalarından biri olub.
"Paris Sen-Jermen" turniri qalib kimi tamamlayaraq ardıcıl ikinci dəfə Avropanın ən güclüsü olub. Komandanın baş məşqçisi Luis Enrikenin rəhbərliyi altında PSJ finala qədər möhtəşəm çıxış sərgiləyib.
Final qarşılaşmasında PSJ "Arsenal" ilə üz-üzə gəlib. Həlledici oyunda Kvaratsxeliya xüsusilə ön plana çıxıb və Usman Dembelenin hesabı bərabərləşdirməsinə səbəb olan penalti epizodunu qazandırıb.
Xviça Kvaratsxeliya turnir ərzində xüsusilə yarımfinal mərhələsində parlayıb. O, "Bayern Münhen" ilə keçirilən ilk oyunda iki qol vuraraq 5:4 hesablı dramatik qələbədə əsas rol oynayıb.
Beləliklə, 2025/26 mövsümü həm PSJ-nin Avropa taxtını qoruması, həm də Kvaratsxeliyanın fərdi uğuru ilə yadda qalıb.
© Copyright 2026, All Rights Reserved